Avtobus sürücüləri indi də bu yola əl atdılar - VİDEO

Xəbərlər 5 Dekabr 2014 02:28 Oxunub 2497
Avtobus sürücüləri indi də bu yola əl atdılar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda sərnişinlə dolu avtobus minik maşınını vuraraq hadisə yerindən qaçıb

Dekabrın 4-də saat 11:40-da Bakının Xətai rayonu ərazisində avtobus sürücüsü qəza törədərək hadisə yerindən qaçıb. Qəzanın başvermə anını və avtobus sürücüsünün necə qaçmasını əks etdirən videonu Avtosfer.az-a göndərən Orxan adlı oxucumuz bildirir ki, hadisəni törədən 10-TG-540 dövlət nömrə nişanlı,  64 saylı marşrut üzrə hərəkət edən avtobusudur. Metronun «Xalqlar dostluğu» stansiyasının yaxınlığında yerləşən «Modern» hospitalın qarşısındakı yolda hərəkət birtərəflidir. Sürücü sərnişin dolu avtobusu yüksək sürətlə idarə edir və soldan gedən maşının dərhal yoluna keçib maşını sıxışdırıb əzib gedir və avtobusun sürücüsü saxlamadan hadisə yerindən qaçır».

Ümid edirik ki, Dövlət Yol Polisi həmin avtobus sürücüsünün tapılıb cəzalandırılmasını təmin edəcək. 

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh