Altı təkərli "Brabus"la şəhərə girən ərəbləri qovdular – VİDEO

Avtoxəbər 21 Sentyabr 2017 13:02 Oxunub 7108
Altı təkərli "Brabus"la şəhərə girən ərəbləri qovdular – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məşhur kazinonun yanında uğursuz park etmək cəhdindən sonra

Monakoda altı təkərli Brabus B63S 700 6x6 ofroderind ilə hərəkət edən ərəb ailəsinin cangüdənlərini şəhəri tərk etməyə məcbur ediblər. Avtomobil Knyazlığın dar küçələri ilə hərəkət üçün çox böyük olub. Avtosfer.az xəbər verir ki, bu barədə video Carspotter Jeroen kanalında yayılıb. Məşhur kazinonun yanında uğursuz park etmək cəhdindən sonra şəhər küçələrində bir neçə dövrə vuran ofroder iki Pagani Huayra superkarının müşayəti ilə Monakonu tərk edib. Brabus B63S 700 6x6 ofroderi “bərkgedən” Mercedes-AMG G63 6x6 pikapının bazasında inşa edilib. Avtomobil 700 at qüvvəsi və 960 Nm fırlanma anı hasil edən 5,5-litrlik V8 biturbomühərriki ilə hərəkətə gəlir. 100 km/sürətini iri ofroder 7,4 saniyəyə toplayır. Mercedes-Benz şirkəti cəmi 100 ədəd belə pikap istehsal edib. Ofroderin Brabus atelyesi tərəfindən hazırlanmış nüsxəsini nadir tapılan avtomobillərdən hesab etmək olar.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh