6 tələbənin ölümü dərs olmadı – Yenə qanunsuz sərnişin daşıyırlar - VİDEO

Avtoreyd 21 Sentyabr 2017 12:47 Oxunub 2270
6 tələbənin ölümü dərs olmadı – Yenə qanunsuz sərnişin daşıyırlar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sumqayıtda əlavə oturacaqlar quraşdırıb sərnişin daşıyan sürücülər cəzalandı

Sumqayıt şəhərində qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobus sürücülərinə qarşı reyd keçirilib. Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları 22 avtobusu cərimə meydançasına aparıblar. DYP-dən Avtosfer.az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, həmin avtobusların bəzilərində konstruksiya dəyişiklikləri var, əlavə oturacaqlar quraşdırılıb. O da məlum olub ki, sürücülərin yarıdan çoxunun həmin avtobusları idarə etmək üçün müvafiq kateqoriyası və sürücülük hüququ yoxdur. 

DYP sərnişinlərə, tələbələrə, valideyinlərə müraciət edərək bildirir ki, bu cür qanunsuz sərnişindaşıma ilə məşğul olan insanlara öz həyatlarını etibar etməsinlər. “Yaxşı olardı ki, Sumqayıt-Bakı istiqamətində gedib-gələn sərnişinlər avtovağzallarda fəaliyyət göstərən avtobuslardan, həmçinin elektrik qatarından istifadə etsinlər. DYP bir daha bildirir ki, bir neçə ay əvvəl 6 tələbənin ölümü ilə nəticələnmiş məlum qəzanın olduğunu nəzərə alaraq insanlar bu cür qanunsuz fəaliyyətlə məşğul olan, istifadəyə yarasız avtobuslardan istifadə etməsinlər”.

Reydin keçirilməsində əsas məqsəd sərnişindaşıma sahəsində təhlükəsizliyi təmin etmək və nizam-intizamı gücləndirməkdir.

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq şəhər sakinləri də öz  həyatlarını təhlükəyə ataraq qanunsuz fəaliyyət göstərən mikroavtobus və avtobuslardan istifadə edirlər. Elə bunun nəticəsidir ki, yollarda ağır qəzalar baş verir. 

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Elmir 21 Sentyabr 2017 18:24
Yalan niye danishir kondisionerli ozude teze. Demek olar ki, ekseriyyeti kondisoneri qoshmur. Ele bil dedesinin avtobusunu surur. Men bir Sumqayitli kimi eminlikle deyirem ki, kondisioneri qoshanlar da var qoshmayanlar da
Elmir 21 Sentyabr 2017 18:24
Yalan niye danishir kondisionerli ozude teze. Demek olar ki, ekseriyyeti kondisoneri qoshmur. Ele bil dedesinin avtobusunu surur. Men bir Sumqayitli kimi eminlikle deyirem ki, kondisioneri qoshanlar da var qoshmayanlar da