Məhşur aktyor təyyarəçilərin ölümündə ittiham olunur  

Gündəm 21 Sentyabr 2017 15:03 Oxunub 957
Məhşur aktyor təyyarəçilərin ölümündə ittiham olunur   
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu, həlak olan təyyarəçilərin qohumları tərəfindən irəli sürülüb

Dünya şöhrətli aktyor Tom Kruz  2015-ci ildə “American Made” adlı filmin çəkilişləri zamanı həlak olan təyyarəçilər - Alan Purvin ilə Karlos Berlin ölümündə ittiham olunur. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu, həlak olan təyyarəçilərin qohumları tərəfindən irəli sürülüb. Ailə üzvləri bildirib ki, T.Kruz filmin rejissorundan çəkiliş gününü uzatmağı tələb etdiyindən, təyyarəçilər daha gərgin şəraitdə uçuş həyata keçirməli olublar və nəticədə içərisində 3 nəfər təyyarəçinin olduğu təyyarə Kolumbiyada dağa çırpılıb. Onlardan ikisi həlak olub, biri isə ağır bədən xəsarəti alaraq, yerimə qabiliyyətini itirib. Qeyd edək ki, Tom Kruz filmdə baş rolda təyyarəçi Barri Silin obrazını canlandırıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh