Elektrik şəbəkəsindən oğurluq edənlər saxlanilib

Gündəm 21 Sentyabr 2017 16:58 Oxunub 792
Elektrik şəbəkəsindən oğurluq edənlər saxlanilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yük maşınına baxış zamanı qaynaq aparatı aşkar edilərək götürülüb

Sentyabrın 18-nə keçən gecə Sabirabad rayonunun Qalaqayın kəndi ərazisindəki Saatlı rayon Elektrik Şəbəkəsinə məxsus 5 işıq dirəyinin oğurlanması barədə DİN-in “102” xidməti zəng mərkəzinə məlumat daxil olub. Məlumat aidiyyatı üzrə Sabirabad RPŞ-yə ötürülüb. Hadisə yerinə gələn əməliyyat qrupu əraziyə baxış keçirərək ətraflı müayinə aparıb. Araşdırmalar zamanı şəbəkəyə məxsus torpağa basdırılmış və üzərində elektrik xətti olmayan, hər birinin uzunluğu 5 metr olan 5 ədəd dəmir işıq dirəyinin oğurlanması aşkar edilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə oğurluqda şübhəli bilinən Qalaqayın kənd sakini Rəhim Hüseynov müəyyən edilib və o, saxlanılaraq rayon Polis Şöbəsinə gətirilib. Təkzibolunmaz dəlillər qarşısında o, törətdiyi əməli etiraf edib. Müəyyən edilib ki, həmkəndlisi İlkin Zülfüqarovla cinayət əməlini törətdikdən sonra dirəkləri sonuncuya məxsus “QAZ-53” markalı avtomobilə yükləyib, qaynaq aparatı ilə doğrayaraq metal qəbulu məntəqəsinə təhvil veriblər.   

Tədbirlərin davamı olaraq İ.Zülfüqarov da saxlanılıb. Ona məxsus yük maşınına baxış zamanı qaynaq aparatı aşkar edilərək götürülüb. 

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. 

 

Natiq Cavadov, 

DİN Mətbuat Xidmətinin əməkdaşı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh