Bu vəziyyətdə sürücü nə etməlidir? - DOĞRU CAVAB

Yarışma 21 Sentyabr 2017 21:08 Oxunub 3288
Bu vəziyyətdə sürücü nə etməlidir? - DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual dəmiryol keçidini keçmə qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Bu vəziyyətdə sürücü nə etməlidir?

a) 2.5 nişanının yanında dayanıb qatarın keçib getməsini gözləməlidir;

b) 1.3.1 nişanının yanında dayanıb qatarın keçib getməsini gözləməlidir;

c) Ən yaxın relsə 10 metr qalmış dayanıb qatarın keçib getməsini gözləməlidir.

Sualın doğru cavabı belədir:  “Yol hərəkəti haqqında” Qanunun 44-cü maddəsinin IV hissəsinə uyğun olaraq, keçiddən hərəkət qadağan olunan hallarda sürücü stop-xəttin, 2.5 nişanın və ya svetoforun yanında, bunlar olmazsa, şlaqbauma azı 5 metr qalmış, şlaqbaum olmadıqda isə birinci relsə azı 10 metr qalmış dayanmalıdır. Bu vəziyyətdə stop-xətt olmadığından sualın doğru cavabı “A” variantı olacaq: Bu vəziyyətdə sürücü 2.5 nişanının yanında dayanıb qatarın keçib getməsini gözləməlidir.

Suala ilk doğru cavabı Amil adlı oxucumuz verib. Onu təbrik edirik.

Sualın sponsoru "Monza" avtomobil yağlarıdır. Qalib gəlmiş şəxsə "Monza" yağı 50 faiz endirimlə verilir. Qalib gəlmiş gəlmiş şəxs də nömrəyə zəng edərək hədiyyəsini əldə edə bilər. Tel: 050-648-83-13

Bu yağlarının fərqlilyi ondadır ki, həm də Almaniyanın daxili bazarında və Avropa bazarında özünə kifayət qədər yer edə bilib Buna görə də "QOMAS" avto olaraq, qürurla deyə bilirik ki, almanların öz avtomobilləri üçün istifadə etdiyi yağları Azərbaycanlılar üçün gətirdik!

Bu yağların orijinalığını yoxlamaq isə çox sadədir. Bunu üçün telefonunuzun kamerasını yağın qabının üzərində olan xüsusi ştrix-kodlu hissəyə tutmanız kifayətdir. Bu zaman birbaşa "MONZA" yağlarının saytı açılacaq və istənilən məlumatı buradan əldə edə biləcəksiniz.

Sualın digər sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanıb. Hədiyyə ilə bağlı daha ətraflı məlumat üçün 055 288 11 27 nömrəsinə zəng edin!

Avtosfer.az saytından 5 manatlıq danışıq kartını əldə etmək üçün 070 335 15 59-a zəng edə bilərsiz.

 

Avtosfer.azundefined

ŞƏRH YAZ
Ad

E-mail

Şərh