"Ferrari" yanaraq külə döndü - FOTO

Avtodünya 22 Sentyabr 2017 18:50 Oxunub 1436
"Ferrari" yanaraq külə döndü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisəni araşdıran ekspertlərin qənaətincə yanğına səbəb mühərrikdəki nasazlıqlar olub

Fərdi sifarişlə hazırlanmış unikal Ferrari F12tdf superkarı Almaniyanın Dirdorf və Noyvid şəhərlərinin arasında yerləşən avtobanda yanaraq külə dönüb. Avtosfer.az xəbər verir ki, yerli General Anzeiger Bonn nəşrinin məlumatına əsasən, avtomobilin sürücü və sərnişini hərəkət zamanı superkarın arxasından gələn səsləri eşidiblər. Sonra isə onlar, arxa hissədən qalxan alovu gördükdə, avtomobili yolun kənarında saxlamağa məcbur olublar. Avtomobil sahibi dərhal yanğınsöndürmə xidmətini çağırsa da, onlar gələnə qədər avtomobil tamamilə yanıb. Hadisəni araşdıran ekspertlərin qənaətincə yanğına səbəb mühərrikdəki nasazlıqlar olub. Xatırladaq ki, fərdi sifarişlə hazırlanan Ferrari F12tdf modelinin üzərində, italyan markasının unikal avtomobillərinin hazırlanmasına cavabdeh olan Tailor-Made bölməsi çalışır.

 

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh