Yanğında zərər çəkənlər xilas edildi – Polis zəhərləndi

Yol polisi 22 Sentyabr 2017 16:40 Oxunub 1125
Yanğında zərər çəkənlər xilas edildi – Polis zəhərləndi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis baş serjantı Tural Əliyev fəallıq göstərib və xəsarət alıb

Sentyabrın 22-də saat 10 radələrində Yasamal rayonundakı yataqxanaların birinin 3-cü mərtəbəsində yanğın baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin aidiyyatı qurumları və polis əməkdaşları hadisə yerinə gəliblər. Yataqxanadakı sakinlərin yanğından xilas edilməsi məqsədi ilə təxirəsalınmaz tədbirlər görülüb. Bina sakinlərinin təxliyyəsi zamanı yanğınsöndürənlərlə birlikdə olan Əlahiddə Çevik Polis Alayının manqa komandiri, polis baş serjantı Tural Əliyev də fəallıq göstərib. Lakin o tüstüdən zəhərlənərək 1 saylı Şəhər Kliniki Xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdirilib. Polis baş serjantı T.Əliyevə tibbi yardım göstərilib. Həmkarımızın vəziyyəti normaldır, hal-hazırda həmin xəstəxanada müalicəsi davam etdirilir.

 

Xəyalə Məmmədova, 

DİN Mətbuat Xidmətinin əməkdaşı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh