Yol polisi belə protokolları ləğv etməyin yolunu açıqladı - VİDEO

Xəbərlər 23 Sentyabr 2017 00:55 Oxunub 5323
Yol polisi belə protokolları ləğv etməyin yolunu açıqladı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Protokoldakı fotolardan da aydın görünür ki, şəkildəki maşın tam başqadır

Sürücünün adına cərimə protokolu gəlib, ancaq görüntüdəki avtomobil ona məxsus deyil. Avtosfer.az-ın məlumatına görə, maraqlı hadisə paytaxtın Binəqədi rayonunda yaşayan Şamil Rzayevin başına gəlib. Şamil Rzayev ona məxsus avtomobilin olduğunu, ancaq ona sürət həddini aşma ilə bağlı gələn radardakı maşının tamamilə başqa avtomobil olduğunu bildirir.

Onun ünvanına gələn protokoldakı fotolardan da aydın görünür ki, şəkildəki maşın tam başqadır.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kamran Əliyevlə əlaqə saxladıq. Onun sözlərinə görə, Şahin Rzayevin adına göndərilən həmin protokol əslində tam başqa sürücüyə məxsusdur və artıq protokol sistemdə aid olduğu şəxsin hesabına əlavə edilib. Şahin Rzayev isə həmin protokolla bağlı heç bir cərimə ödəməyəcək. Çünki burada texniki səhvdən söhbət gedir.

Kamran Əliyev onu da qeyd etdi ki, belə halla qarşılaşan sürücülər ərazi üzrə yol polisi idarələrinə müraciət edərək səhv gələn protokolları ləğv etdirə bilərlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh