"Türk Hava Yolları" 40 təyyarə alır - FOTO

Texnologiya 23 Sentyabr 2017 09:33 Oxunub 1210
"Türk Hava Yolları" 40 təyyarə alır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Boeing" firması ilə danışıqlara başlanılıb

"Türk Hava Yolları" (THY) aviaşirkəti donanmasını 40 ədəd "Boeing 787-9 Dreamliner" təyyarəsi ilə genişləndirmək niyyətindədir. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, məsələ ilə əlaqədar "Boeing" firması ilə danışıqlara başlanılıb. 40 ədəd "Boeing 787-9 Dreamliner"in dəyərinin 10,8 milyard dollar olduğu bildirilir. Yeni təyyarələrin 2019-2023-cü illərdə "20+20" razılaşması ilə əldə edilməsi nəzərdə tutulur. Hazırda THY-nin donanmasında 328 təyyarə var. Lakin şirkət "Boeing 787-9 Dreamliner" təyyarələrinə sahib deyil. Qeyd edək ki, bu "Boeing"lər 280 sərnişin daşıya bilir. Hava gəmisinin sürəti 954 km/s-a çatır. Uzunluğu 62,8 metr, eni qanadları ilə birlikdə 60 m-dir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh