Hafiz Hacıyevin qızı avtoşluğa görə saxlanıldı - FOTO

Qaydalar 23 Sentyabr 2017 10:44 Oxunub 16214
Hafiz Hacıyevin qızı avtoşluğa görə saxlanıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fatimə Hacıyevaya cəzasını məhkəmə müəyyənləşdirəcək

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin qızına məxsus avtomobil cərimə meydançasına aparılıb. Avtosfer.az yenicag.az istinadən xəbər verir ki, bu barədə məlumatı yol polisindəki mənbə verib. Məlumata görə, 20 yaşlı Hacıyeva Fatimə Hafiz qızı gecə saatlarında idarə etdiyi qara rəngli “Hyundai İX-35” markalı avtomobillə restoranlardan birindən çıxıb. O, “Azneft” dairəsində Dəniz vağzalı istiqamətində hərəkətdə olarkən “Toyota Avalon” və “Niva” markalı avtomobilərlə ötüşməyə başlayıb. Yol-patrul xidmətinin əməkdaşlarına avtomobilləri saxlamaq göstərişi verilib. Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin naryadı ötüşən avtomobilləri saxlayıb. Hər üç maşın cərimə meydançasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Fatimə Hacıyevaya cəzasını məhkəmə müəyyənləşdirəcək.

 

H.Hacıyev məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. O qeyd edib ki, onun Fatimə Hacıyeva adlı qızı yoxdur: “Bunlar mənə qarşı şər kampaniyasının tərkib hissəsidir. Qızımın heç maşını da yoxdur. Kimsə mənə böhtan atır”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Tahir 25 Sentyabr 2017 12:48
TYP 10677120.09.201799KT910HACIYEVA FATİMƏ HAFİZ 400436QərarlıMMX 541552414.09.2017 16:11:5799KT910HACIYEVA FATİMƏ HAFİZ QIZI40436QərarsızMMX 538741910.09.2017 09:05:4099KT910HACIYEVA FATİMƏ HAFİZ QIZI50545QərarsızMMX 531607701.09.2017 17:12:2599KT910HACIYEVA FATİMƏ HAFİZ QIZI50545QərarsızMMX 435996510.04.2017 14:08:0299KT910HACIYEVA FATİMƏ HAFİZ QIZI60654Qərarsız