Azərbaycanda yığılan Belarus traktorları Türkiyəyə ixrac ediləcək

Texnologiya 23 Sentyabr 2017 10:55 Oxunub 1315
Azərbaycanda yığılan Belarus traktorları Türkiyəyə ixrac ediləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni layihə çərçivədində Türkiyəyə ildə 2,5-3 min traktorun ixracı nəzərdə tutulub

Bu ilin ilk 9 ayında Belarusdan Azərbaycana 1000-dən artıq kənd təsərrüfatı texnikasının ehtiyat hissələri gətiriləcək Gəncə Avtomobil Zavodunda (GAZ) yığılıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə yerli “MTZ” ASC-nin baş direktoru Fedor Domotenko məlumat verib. Onun sözlərinə görə, ilin sonuna qədər daha Azərbaycana 460 Belarus traktoru tədarük ediləcək. Bu traktorlar daxili bazar üçün nəzərdə tutulmayıb. Belə ki, yaxın vaxtlarda Azərbaycanda yığılan Belarus traktorlarının Türkiyəyə ixrac edilməsinə başlanılacaq. “Azərbaycan tərəfi ilə yeni müqavilədən əlavə Türkiyə bazarına çıxmaq üçün protokol da imzalamışıq. Tərəfdaşlarımız 5 mln. ABŞ dolları məbləğində maliyyələşmə həyata keçirəcəklər”. GAZ-ın Müşahidə Şurasının sədri Xanlar Fətiyev isə bildirib ki, yeni layihə çərçivədində Türkiyəyə ildə 2,5-3 min traktorun ixracı nəzərdə tutulub. Bu rəqəm yaxın 3 il ərzində nail olunacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh