Protokol çaşqınlıq yaratdı - Ünvanla ərazinin şəkli uyğun gəlmir - VİDEO

Xəbərlər 24 Sentyabr 2017 00:47 Oxunub 1634
Protokol çaşqınlıq yaratdı - Ünvanla ərazinin şəkli uyğun gəlmir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü 150 manat miqdarında olan bir cərimə ilə razılaşmır

Cərimə protokolundakı şəkil Lənkəranın kəndinə məxsusdur, ünvan olaraq isə tam başqa ərazi göstərilib.  Lənkəranın Şirinsu kənd sakini Pərviz Miriyev bir müddət əvvəl özünə məxsus minik avtomobilini adına qeydiyyata saldırmaq istəyib. Lakin ona bildirilib ki, maşının 5 dənə cəriməsi var. Pərviz Miriyevin sözlərinə görə, cərimələrin bir neçəsi sistemə yerləşdirilməyib. O da həmin cərimələri sistemə yerləşdirilməsinə nail olub və ödəyib. Lakin 150 manat miqdarında olan bir cərimə ilə razılaşmır.

Pərviz Miriyev deyir ki, may ayının 5-də tərtib edilən protokolda ciddi səhvlər var. Çünki qayda pozuntusunu göstərən sənəddə şəkil Şirinsu kəndinə, qeyd olunan ünvan isə tam başqa əraziyə məxsusdur.

Pərviz Miriyev bildirir ki, protokolun texniki səhv ucbatından tərtib edildiyini polis əməkdaşları da təsdiqləyib.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin ictiamiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirdi ki, cərimə həmin vaxt etibarnaməyə sahib olan Elşən İbrahimlinin adına yazılıb. Elşən İbrahimli qeyd olunan vaxtda avtomobili idarə etmədiyinə dair vəsatət qaldırmalı, Pərviz Miriyev də bunu təsdiqləməlidir. Bundan sonra isə Pərviz Miriyev Baş Dövlət Yol Polisi İdarəsinə yazılı üsulla, yaxud da qurumun rəsmi internet saytı vasitəsilə müraciət edərək məsələnin araşdırlmasına nail ola bilər. Elşən İbrahimli özü də birbaşa araşdırma üçün müraciət edə bilər. Lakin qayda pozuntusu təsdiqini taparsa, cərimə və cərimə balı onun adına yazılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh