Yüksək sürətli vakuum qatarı istehsalçısından 85 milyon dollarlıq investisiya - FOTO

Texnologiya 24 Sentyabr 2017 10:35 Oxunub 1233
Yüksək sürətli vakuum qatarı istehsalçısından 85 milyon dollarlıq investisiya - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Hyperloop One, dünyanın yeganə şirkətidir ki, ilk işlək Hyperloop sistemini inşa edib"

Yüksək sürətli vakuum qatarlarının istehsalçısı “Hyperloop One” şirkəti, Rusiyanın Caspian VC Partners fondundan, əvvəlki və yeni investorlardan ümumilikdə 85 milyon dollar investisiya əldə edib. Şirkət, yeni investisiya raundunu, B-1 kimi adlandırıb. Caspian VC Partners fondundan əlavə olaraq investorlar siyahısında həmçinin “OurCrowd.com”, “GE Ventures”, “WTI” və “Khosla Ventures” kimi şirkətlər var. “Hyperloop One” şirkətinin təsisçisi Shervin Pishevar-ın sözlərinə əsasən şirkət ilk öncə investisiya raundunda 50 milyon dollar cəlb edəcəyini düşünürdü.

https://technote.az/upload/image_94217300973832.jpg

“Biz sübut etdik ki, bizim texnologiyamız çalışır və Hyperloop One, dünyanın yeganə şirkətidir ki, ilk işlək Hyperloop sistemini inşa edib. Texnologiyanın kommersiyalaşdırılmasına yaxınlaşaraq müasir nəqliyyat növünü dəyişmək üçün biz bir çox hökümətlərlə əməkdaşlıq etməyə və dövlətlərlə ortaqlıq barəsində müqavilələr bağlamağa davam edəcəyik” – deyə Pishevar bildirib.

 

Çox güman ki, ilk işlək Hyperloop sisteminin yaradılması deyəndə şirkət, bir neçə müddət bundan öncə vakuum borularda test edilmiş hazır qatarları nəzərdə tutur. Şirkətin verdiyi məlumata əsasən əldə olunmuş vəsaitlər, Hyperloop-un kommersiyalaşdırılmasına və daha yaxşı marşrutların yaradılmasına sərf ediləcək. Şirkət həmçinin qeyd edib ki, onun araşdırmalarına əsasən Dubayda, İngiltərədə, Rusiyada və ABŞ-da bu layihənin reallaşdırılması tamamilə mümkündür. Şirkət həmdə Niderland və Finlandiya ilə də bu layihə ilə bağlı danışıqlar aparır. Qeyd etmək laızmdır ki, 2014-cü ildə təsis edildiyi gündən şirkət ümumilikdə 245 milyon dollar investisiya cəlb edib. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh