Bakıda qadınlardan maraqlı aksiya: TƏBƏSSÜMLƏ PEDALA - VİDEO

Yarışma 24 Sentyabr 2017 23:08 Oxunub 1501
Bakıda qadınlardan maraqlı aksiya: TƏBƏSSÜMLƏ PEDALA - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
30-a yaxın xanımı dənizkənarı bulvara toplayan bir səbəb var

Kimi özü ilə velosiped gətirib, kimi isə icarəyə götürüb. 30-a yaxın xanımı dənizkənarı bulvara toplayan bir səbəb var. Onlar qadınların arasında əsas hobbilərdən birinin velosiped olmasını istəyirlər. Artıq bir ildən çoxdur ki, facebookda elan yayaraq bir araya toplaşan bu xanımların sayı gündən günə artır. Onlar ayda bir dəfə bir yerə toplanaraq müəyyən məsafədə velo yürüş edirlər. Aksiyanın ən gənc velosipedçisi isə balaca Əsradı. Velosiped sürməyi o qədər sevir ki, balaca boyuna və yaşına baxmayaraq böyüklərdən heç də geri qalmır. Xanımlar deyir ki, hər dəfə toplaşanda onlara kənardan baxıb qoşulanlar da olur. Tək problem isə velosiped üçün xüsusi yolların olmamasıdır.

Bulvardan başlayan veloyürüş dənizkənarı boyunca Bakı Su İdman sarayına və ordan geriyə qayıtmaqla yekunlaşıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh