Maşınını avtoyuma məntəqəsinə verən qadın işə düşdü

Xəbərlər 25 Sentyabr 2017 01:24 Oxunub 1908
Maşınını avtoyuma məntəqəsinə verən qadın işə düşdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Moyşik" maşını yuyandan sonra nəqliyyat vasitəsini sürməyə başlayıb və...

Bakıda avtomobilini avtoyuma məntəqəsinə qoyan qadın polisə şikayət edib. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, Rəvanə Abbasova adlı şikayətçi bildirib ki, “KİA” markalı avtomobilini təmizlənməsi üçün Neftçilər prospekti 169 ünvanındakı məntəqəyə təhvil verib. Lakin məntəqədə işləyənlərdən biri maşını yuyandan sonra nəqliyyat vasitəsini sürməyə başlayıb və yan güzgülərdən birini başqa nəqliyyat vasitəsinə vuraraq sındırıb.

Şikayətçi ona vurulan ziyanın ödənilməsini və avtomobilini özbaşına idarə edən şəxsin cəzalandırılmasını istəyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh