Bakıda "07" ilə avtoxuliqanlıq edən taksi sürücüsü qəza törədib - FOTO

Qaydalar 25 Sentyabr 2017 10:39 Oxunub 1480
Bakıda "07" ilə avtoxuliqanlıq edən taksi sürücüsü qəza törədib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə o, işıqforun qırmızı işığından keçən zaman baş verib

Bakının Nəsimi rayonu ərazisində minik avtomobili ilə avtoxuliqanlıq edən sürücü qəza törədib. Avtosfer.az xəbər verir ki, Yol Patrul Xidməti əməkdaşlarının "Report"a verdiyi xəbərə görə, 1993-cü il təvəllüdlü Seymur Qurbanov taksi fəaliyyəti ilə məşğul olduğu 99-KL-905 dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobil ilə Hüseynbala Əliyev küçəsində bir neçə dəfə yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Bununla kifayətlənməyən sürücü nəqliyyat vasitəsilə işıqforun qırmızı işığından keçərək 1994-cü il təvəllüdlü Həmidov Əlsalamın idarə etdiyi "Changan" markalı avtomobilə çırpılıb. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib. "VAZ-2107"nin sürücüsü S.Qurbanov YPX-nin əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilib. Hadisə yerinə Post Patrul Xidmətinin əməkdaşları da gəlib. Fakt araşdırılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh