Bakıda qalmaqallı küçənin adı dəyişdirildi - Sürücülərin diqqətinə”

Yeniliklər 25 Sentyabr 2017 13:37 Oxunub 1137
Bakıda qalmaqallı küçənin adı dəyişdirildi - Sürücülərin diqqətinə”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Küçə Qarabağda baş vermiş aprel döyüşlərinin şərəfinə belə adlandırılıb

Bakının Sabunçu rayonundakı “26 Bakı komissarı” küçəsinin adı dəyişdirilib. Avtosfer.az Report-a istinadən xəbər verir ki, həmin küçə “2 aprel” adlandırılıb.

Qeyd edək ki, Azərbaycanın 26 ildir müstəqil olmasına baxmayaraq, həmin küçənin “26 Bakı komissarı”nın adına olması mətbuatda və sosial şəbəkələrdə etirazlara səbəb olmuşdu. Buna görə Bakı Şəhər İcra Hakimiyyəti tənqid olunurdu.

Küçə 2016-cı ildə Qarabağda baş vermiş aprel döyüşlərinin şərəfinə belə adlandırılıb. Həmin döyüşlərdə Azərbaycan ordusu Qarabağda parlaq qələbələr qazanaraq məşhur Lələtəpə yüksəkliyini işğaldan azad edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh