Yol polisi parkomat olan küçədən maşınları daşıdı - FOTO

Yol polisi 25 Sentyabr 2017 13:45 Oxunub 1982
Yol polisi parkomat olan küçədən maşınları daşıdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Orada avtomobil park edənlərin əksəriyyəti klinikaya xəstə gətirənlərdir

Son zamanlar Baş Dövlət Yol Polisi İdarəsinin Siqnal İli İdarəsinin hətta yaşayış binalarının qarşısında belə vətəndaşların avtomobillərini aparması ilə bağlı narazılıqlar artmağa başlayıb. Azərbaycanda yol polisi ilə bağlı əsas narazılıqlar “Siqnal İli” idarəsinin fəaliyyəti ilə bağlıdır. Avtosfer.az gununsesi.info-ya istinadən xəbər verir ki, Bakının Yasamal rayonunda Həsən Bəy Zərdabi küçəsində parkomant aparatı quraşdırıldığından sürücülər rahatlıqla avtomobillərini burada park edir. Ancaq geriyə dönəndə isə avtomobillərinin DYP tərəfindən aparılmasının şahidi olur. 

Qeyd edək ki, Nəsrədin Tusi Klinkasının yerləşdiyi bu küçədə avtomobil park edənlərin əksəriyyəti klinikaya xəstə gətirənlərdir.

Avtomobili aparılan Vüqar adlı sürücübildirib ki, xəstə anasını klinkaya müayinəyə gətirən sürücü geriyə dönəndə avtomobilinin aparıldığının  şahidi olub. 

Qeyd edək ki, paytaxt ərazisində ümumilikdə 500-ə yaxın parkomat qurulub. Həmin parkomatlara nəzarət Bakı meriyasının müvafiq strukturu olan Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi (XTAİ) həyata keçirir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh