“Yol polisinin köməkçiləri” məktəbliləri maarifləndirdi - FOTO

Yol polisi 25 Sentyabr 2017 14:54 Oxunub 1278
“Yol polisinin köməkçiləri” məktəbliləri maarifləndirdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Diqqət uşaqlar” təhlükəsizlik aylığına həsr olunmuş tədbir keçirilib

46 saylı məktəbdənkənar tərbiyə işi mərkəzinin müəllimi Fəridə Süleymanovanın rəhbərlik etdiyi “Yol polisinin köməkçiləri” qrupu Bakı şəhəri 144 və 44 saylı orta məktəblərdə Daxili İşlər Nazirliyinin elan etdiyi 15 sentyabr - 15 oktyabr tarixlərində keçirilən “Diqqət uşaqlar” təhlükəsizlik aylığına həsr olunmuş tədbir keçirilib. 

Tədbirdə şagirdlər, müəllimlər və valideynlər iştirak ediblər.  Təbbirdə bildirilib ki, məktəblərdə şagirdlər arasında yol hərəkəti qaydaları öyrədilməli, təbliğ edilməlidir. Bu həm də ona görə lazımdır ki,  şagirdlər məktəbə gedib-gələrkən yolları təhlükəsiz şəraitdə keçsinlər. 

Tədbirdə yol hərəkəti qaydaları, piyada keçidlərindən, təhlükəsizlik kəmərindən istifadənin vacibliyi qeyd edilib. Bildirilib ki, şagirdlərlə yanaşı valideynlər də buna diqqət yetirməlidirlər. Bəzən valideynlərin səhlənkarlığı nəticəsində uşaqlar da qəzaların qurbanı olur.  

Təbirdə azyaşlı uşaqların avtomobildə daşınması qaydaları, yolun necə təhlükəsiz keçmək olar və. s özündə əks etdirən video roliklər göstərilib. 

Bu cür tədbirlərin mütəmadi olaraq keçiriləcəyi diqqətə çatdırılıb. 

Orxan

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh