Honda-nın ilk elektrokarı - FOTO

Avtodünya 25 Sentyabr 2017 18:28 Oxunub 1384
Honda-nın ilk elektrokarı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Konsept 4 yerlidir. Lakin seriyalı versiya 5 yerli olacaq

Honda şirkəti ilk elektrokarını hazırlayıb. O, Avropada satılacaq. Frankfurt avtosalonunda Urban EV adlı gələcək avtomobilin prototipi nümayiş olunub. Avtomobilin seriyalı versiyası isə 2019-cu ildə təqdim ediləcək. Honda-nın prezidenti Takahiro Haçiqo deyib: EV Concept sadəcə gələcək avtomobil barədə təsəvvür deyil. Bu avtomobilin seriyalı versiyası 2019-cu ildə Avropada peyda olacaq. Elektrikli hetçbek retro dizayn alıb və Jazz-ı xatırladır. Yeniliyin uzunluğu 3895 mm-dir. Avtomobilin faraları arasında displey quraşdırılıb ki, orada digər sürücülərə salamlama yazıları əks oluna bilər. Elektrokarın salonunda rəqəmsal cihazlar paneli quraşdırılıb. Yan güzgülərin yerinə kameralar quraşdırılıb ki, onlar məlumatı daim xüsusi displeyə ötürürlər. Konsept 4 yerlidir. Lakin seriyalı versiya 5 yerli olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh