Yol polisi xanım sürücünün qaçırılan maşınını tapıb qaytardı

Yol polisi 25 Sentyabr 2017 16:49 Oxunub 1127
Yol polisi xanım sürücünün qaçırılan maşınını tapıb qaytardı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda qaçırılan avtomobil Siyəzəndə saxlanılaraq sahibinə verilib 

Sentyabrın 22-də Nəsimi rayonu ərazisindən avtomobil qaçırılması barədə DİN-in “102 Zəng Xidməti Mərkəzi”nə məlumat daxil olub. Hadisə yerinə gələn Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları müvafiq araşdırmalar aparıblar. Müəyyən  edilib ki, paytaxt sakini olan Səkinə Həsənovaya məxsus  “Changan” markalı avtomobil saat 2 radələrində qaçırılıb. 

Əməliyyat-axtarış tədbirləri nəticəsində DİN-in Təhlükəsiz Şəhər Xidməti tərəfindən avtomobilin Siyəzən rayonu ərazisində hərəkətdə olması aşkar edilib və görülmüş tədbirlərlə avtomobil sürücü ilə birlikdə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla avtomobili qaçırmaqda şübhəli bilinən şəxsin Ucar rayon sakini, əvvəllər məhkum olunmuş Xəyal Kərimov olduğu müəyyən edilib.

 

Zeyni Hüseynov, 

DİN Mətbuat Xidmətinin əməkdaşı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh