Sürücü sükan arxasında yatdı: 6 ölü, 10 yaralı

Qaydalar 26 Sentyabr 2017 12:34 Oxunub 1431
Sürücü sükan arxasında yatdı: 6 ölü, 10 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır

Rusiyanın Kuban şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində avtobusun sürücüsü və daha iki sərnişin yerindəcə ölüb. Daha üç sərnişin isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Sərnişinlərdən 10-u xəsarət alıb. Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyəti ağır qiymətləndirilir. 20 nəfərə isə hadisə yerində ilkin tibbi yardım göstərilib. Deyilənə görə, qəzaya səbəb avtobus sürücüsünün rol arxasında yatması olub. Bildirilir ki, avtobus Abxaziya-Nijni Novqorod istiqamətində hərəkət edirmiş. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh