Bakıda «generalın oğlu» yol polisini aldada bilmədi - FOTOLAR - VİDEO

Avtoxəbər 6 Dekabr 2014 03:39 Oxunub 5748
Bakıda «generalın oğlu» yol polisini aldada bilmədi - FOTOLAR - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«General oğluyam» deyən sürücü maşını qoyub qaçdı, pərdə-plyonkası söküldü

Dekabrın 5-də Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə və bölmə əməkdaşlarının iştirakı ilə paytaxt ərazisində keçirilən genişmiqyaslı reyd zamanı pərdə-plyonka ilə maşın sürən sürücü saxlanılıb. «KİA» markalı, 90 FF 132 dövlət nömrə nişanlı avtomobil Bakıxanov küçəsində saxlanılıb. Avtosfer.az-ın reyddə iştirak edən əməkdaşının verdiyi məlumata görə, avtomobilə baxış zamanı məlum olub ki, bütün şüşələrə plyonka vurulub. Arxa yan şüşələrdə isə tünd pərdələr var. Yol polisi əməkdaşlarının avtomobildən pərdə-plyonkanı sökməyə çalışdığını görən gənc sürücü «məni tanımadığını, generalın oğluyam» deyərək polisə əngəl olmağa çalışıb. Lakin jurnalistlərin çəkiliş apardığını gördükdə qaçmağa başlayıb. DYP əməkdaşları avtomobildən pərdə və plyonkanı sökdükdən sonra nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh