Cəriməni ödəməyən piyadanın başına iş gəldi – Protokol iş yerinə göndərildi

Xəbərlər 26 Sentyabr 2017 16:28 Oxunub 1932
Cəriməni ödəməyən piyadanın başına iş gəldi – Protokol iş yerinə göndərildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisi piyadaya yazılan cəriməni onun iş yerinə göndərib, müdir əsəbləşib

Yolu təyin olunmuş yerdən keçməyən piyadalara yazılan cərimələr çox zaman ödənilmir. Piyadalar düşünürlər ki, məni 9 milyonun içində hardan tapıb cərimə alacaqlar. Amma Avtosfer.az-ın oxucusu maraqlı bir məktub göndərib və məlum olub ki, cəriməni ödəməyən Mehman Quliyev buna görə çox gərginlik yaşayıb. Oxucu bildirir ki, cəriməni ödəməməsi az qala onu işsiz qoyacaqdı. 

Bu yaxinlarda öz səhlənkarlı1 və biganələyimdən  az qala olsun işdən azad olunacaqdım. Bu ilin yanvar ayında "Neftçilər" metrosu yaxınlığında yeraltı keçiddən keçmək əvəzinə yolun üstündən keçdim. Polis məni saxlayıb cərimə yazdı. Protokolun sürətini mənə verdi. Mən isə cırıb atdım ki, onsuz da ödəməyəcəm. Sonra ümumiyyətlə, bu hadisəni unutdum. Bu yaxınlarda müdür məni çağırıb dedi ki, iş yerimə məktub gəlib. Məktubda 32 manat cərimə ödəməli olduğum yazılmışdı. Müdir mənə dedi ki, get cəriməni ödə, yoxsa səni işdən azad edəcəyəm. Yol polislərinə maşınlar bəs eləmir, piyadalara da cərimə yazırlar.

İndi sözüm odur ki, ehtiyatlı olun ki, sizin də başınıza eyni hadisə gəlməsin".

Avtosfer.az bildirir ki, yol polisi cəriməni ödəməyən piyadaların əmlakına həbs qoyulacağını, ölkədən çıxışının məhdudlaşdırılacağını açıqlayıb.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh