Bakıda pulsuz “Wi-Fi” olan ərazilər genişləndi

Texnologiya 26 Sentyabr 2017 23:48 Oxunub 1211
Bakıda pulsuz “Wi-Fi” olan ərazilər genişləndi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şirkət “Wi-Fi” xidmətinin əhatə dairəsini “Port Baku Residence” və Port Baku Mall”a qədər genişləndirib

“Bakı Telefon Rabitəsi” MMC pulsuz “Wi-Fi” xidmətinin əhatə dairəsini “Port Baku Residence” və Port Baku Mall”a qədər genişləndirib. Bu barədə Trend-ə şirkətdən məlumat verilib. Şirkətdən verilən məlumata görə, yaxın zamanlarda xidmətin əhatə dairəsinin “Dədə Qorqud” və “Nərimanov” parklarınadək genişləndirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Simsiz internet şəbəkəsinin genişləndirilməsi üzrə işlər mart ayından “İctimai Wi-Fi” layihəsi çərçivəsində aparılır.  Hazırda bu şəbəkəyə “İçərişəhər” dövlət tarix-memarlıq qoruğu, Dənizkənarı Milli Park, Heydər Əliyev Mərkəzinin parkı, “Qış parkı”, “Zabitlər” parkı, “Sahil”, “Axundov”, “Sabir”, “Xaqani”, “Hüseyn Cavid”, “Səməd Vurğun” və “Muğan” bağları daxildir.

Xidmət işə salındıqdan etibarən şəbəkəyə 1 milyona yaxın qoşulma qeydə alınıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh