Havada naməlum obyekt görünüb - VİDEO

Maraqlı 27 Sentyabr 2017 13:13 Oxunub 1319
Havada naməlum obyekt görünüb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Obyekt qısa müddət ərzində səmada bir neçə dəfə dövrə vurduqdan sonra sürətlə gözdən itib

Azərbaycanda ötən gecə havada hərəkət edən naməlum obyekt görünüb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, qeyri adı obyekt axşam saat 20 radələrində Mingəçevir şəhəri ərazisində müşahidə edilib. 

Yerli sakinlərin sözlərinə görə, parlaq işıqları ilə diqqət çəkən naməlum obyekt qısa müddət ərzində səmada bir neçə dəfə dövrə vurduqdan sonra sürətlə gözdən itib.

 

Qeyd edək ki, ötən gecə həmçinin Rusiya, Qazaxıstan və Qırğızıstanda da səmada analoji naməlum dairəvi obyektin görsəndiyi barədə məlumatlar yayılıb. Bu ölkələrdə görünən obyektlə bağlı Rusiya KİV-i bu ölkənin Müdafiə Nazirliyinə istinadən yazıb ki, Rusiyanın strateji təyinatlı raket qüvvələri sentyabrın 26-da RS-12M "Topol-M" qitələrarası ballistik raketi uğurla sınaqdan keçirib. Raket Həştərxan vilayətindəki "Kapustin Yar" poliqonundan buraxılıb və Qazaxıstandakı "Sarı Şağan" poliqonunda yerləşən şərti hədəfi dəqiqliklə vurub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh