Baloğlan Əşrəfov cərimədən danışıb od püskürdü: "Ayıb olsun"

Qaydalar 27 Sentyabr 2017 14:49 Oxunub 2176
Baloğlan Əşrəfov cərimədən danışıb od püskürdü: "Ayıb olsun"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Deyir, Baloğlan Əşrəfovun cərimələri var, amma nəticədən danışmır"

Əməkdar artist Baloğlan Əşrəfovla Xəzər televiziyasının aparıcısı Zaur Kamal arasında qalmaqal yaşanıb. Buna Zarun “5/5” verilişində qonaq olan müğənninin cəriməsi ilə bağlı söylədiyi sözlər səbəb olub. Yenicağ.az-a açıqlama verən Baloğlan Əşrəfov qəzəbini belə ifadə edib: “Hamısı Zaurun zibilləridir. Efirdə neylədiyini bilmir. Məni verilişinə qonaq çağırıb, cərimələrimdən danışır. Danışırsan hamısını de, camaat bilsin nə var, nə yox. Deyir, Baloğlan Əşrəfovun cərimələri var, amma nəticədən danışmır. Demir ki, həmin cərimələr ödənilib. Bu xəbəri də üzücü xəbər kimi yayıblar. Daha demirlər ki, qohum-əqrabam, doğmalarım bunu eşidib, sarsılar. Hələ özüm nə qədər sarsıldım… Buna nə deyəsən axı? Səhərdən əsəbimdən partlayıram, ayıb olsun, belə reklam nəyə lazımdır?”

ŞƏRH YAZ
Ad

E-mail

Şərh