Şəxsiyyətin müəyyənləşdirilməsi üçün yeni sistem

Yeniliklər 27 Sentyabr 2017 23:47 Oxunub 1177
Şəxsiyyətin müəyyənləşdirilməsi üçün yeni sistem
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Layihə payız sessiyasında qanunvericilik işlər planına daxil edilib

“Azərbaycan Respublikasında Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” yeni qanun layihəsi hazırlanıb. Layihə Milli Məclisin 2017-ci il payız sessiyasında qanunvericilik işlər planına daxil edilib. Layihəyə əsasən, Azərbaycanda vətəndaşın daktiloskopik (əl-barmaq izləri) və genom məlumatlarının alınması, uçotu, saxlanılması, təsnifatı və verilməsi, o cümlədən insan şəxsiyyətinin müəyyənləşdirilməsi, insanın əl barmaqlarındakı kapilyar naxışların quruluşunun xüsusiyyətləri və onun şəxsiyyəti haqqında məlumatlar, DNK ilə bağlı məlumatlar, bunlardan hansı hallarda istifadə edilməsinin hüquqi mexanizmləri təsbit olunur.

Sənəddə dövlət daktiloskopik və genom qeydiyyatı Konstitusiyada təsbit edilmiş vətəndaş hüquq və azadlılarına riayət edilməklə məxfilik, könüllülük və məcburilik uzlaşması prinsipləri nəzərə alınmaqla həyata keçirilməsi göstərilir. Qanun layihəsində qeyd olunan qeydiyyat məlumatları ilə itkin düşmüş Azərbaycan vətəndaşlarının axtarışı, naməlum meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi, səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan vətəndaşların şəxsiyyətlərinin müəyyənləşdirilməsi, cinayətlərin qarşısının alınması, açılması və inzibati xətaların qarşısının alınması, aşkarlanması əks olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh