İçkili qadın sürücü maşını qoyub qaçdı – Bakıda

Avtoxəbər 6 Dekabr 2014 14:44 Oxunub 1653
İçkili qadın sürücü maşını qoyub qaçdı – Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisinin "dur" əmrinə tabe olmayan sürücü qəza törətdi

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BDYP) əməkdaşları sürücülər arasında yol hərəkəti qaydalarının təbliği və profilaktik tədbirlərin gücləndiriməsi istiqamətində növbəti reyd həyata keçirib. Reyd zamanı yol polislərinin saxlama əmrinə tabe olmayan bir neçə sürücü saxlanılıb. Onlardan biri əmrə əməl etməyib ki, bu da ona baha başa gəlib. Belə ki, sürücü Nobel prospektindən üzü Zığ şossesinə doğru hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil yararsız vəziyyətə düşüb. Tibbi müayinə zamanı “Hyundai” sürücüsünün sərxoş vəziyyət olması müəyyən olunub. “Mercedes”in qadın sürücüsü isə sərxoş olduğu üzə çıxandan sonra maşınını qoyub qaçıb.  BDYP-dən verilən məlumata görə, bu cür reydlər bundan sonra davam etriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh