Eşşək 300 min dollarlıq maşını gəmirdi - Məhkəmə quruldu

Yarışma 28 Sentyabr 2017 17:05 Oxunub 3262
Eşşək 300 min dollarlıq maşını gəmirdi - Məhkəmə quruldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Parlaq narıncı rəngdə olan "McLaren Spider" otlağın qırağında dayanıbmış

Almaniya məhkəməsi cümə axşamı günü idman maşınına ziyan vuran eşşəyin sahibinin avtomobilə dəymiş ziyanın xərcini ödəyib-ödəməyəcəyinə dair bir qərara gəlməlidir. Ötən il, sentyabrın 15-də, Markus Zahn parlaq narıncı rəngdə olan McLaren Spider markalı avtomobilini Hesse vilayətinin Vogelsberg məntəqəsində otlağın qırağında saxlayıb. Bundan sonra Vitus adlı eşşək onun avtomobilinin arxa hissəsini gəmirib, maşın sahibi deyir. Polisin zənn etdiyinə görə, Vitus avtomobili kök ilə səhv sala bilərdi. Lakin eşşəyin sahibi maşına dəymiş ziyana görə €6,000 məbləğində iddianın irəli sürülməsinin ədalətli qərar olması ilə razılaşmayıb. Onun sözlərinə görə, maşına ziyan vuran bəlkə də, heç Vitus olmayıb və Markus Zahn qiyməti, deyildiyi kimi, €300,000 olan avtomobilini otlağa bitişik olan bir yerdə saxlamamalıydı. Mülki məsələlərə baxan Giessen məhkəməsi ölkə miqyasında məşhurlaşmış bu işə cümə axşamı günü baxmalıdır. (BBC)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh