Ağcaqanadları qovan telefon hazırlandı - Dünyada ilk

Texnologiya 28 Sentyabr 2017 21:50 Oxunub 1455
Ağcaqanadları qovan telefon hazırlandı - Dünyada ilk
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni qurğu öz sahibini zəhlətökən mığmığalardan qorumaq qabiliyyətinə malikdir

Cənubi Koreyanın “LG” şirkəti dünyada ağcaqanadlardan müdafiə texnologiyasına (“Mosquito Away”) malik ilk smartfon təqdim edib. Avtosfer.az ICTnews-a istinadən xəbər verir ki, “LG K7i” adlandırılmış yeni qurğu öz sahibini zəhlətökən mığmığalardan qorumaq qabiliyyətinə malikdir.

“Mosquito Away” texnologiyasının mahiyyəti ondan ibarətdir ki, xüsusi dinamik 30 KHs-dən yuxarı tezlikdə ultrasəs dalğaları yaradır. İnsan bu səsləri eşitməsə də, amma ağcaqanadlar bu səsə tab gətirmirlər.

“LG K7i” smartfonunun texniki xüsusiyyətləri aşağıdakı kimidir:

- 854x480 piksel təsvir ölçülü 5 düymlük IPS ekran;

- 1,1 QHs takt tezlikli dördnüvəli prosessor;

- 2 QB əməli yaddaş;

- 16 QB daxili yaddaş;

- “microSD” yaddaş kartları dəstəklənir;

- 8 meqapiksellik əsas kamera;

- 5 meqapiksellik ön kamera;

- barmaq izi skaneri;

 

- 2500 milliamper/saat tutumunda çıxarılıb taxılan akkumulyator.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh