Yük avtomobili ətrafa təhlükə saçır - 5 min cərimə - VİDEO

Qaydalar 28 Sentyabr 2017 22:03 Oxunub 1392
Yük avtomobili ətrafa təhlükə saçır - 5 min cərimə - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü fiziki şəxsdirsə 100, sahibkardırsa 500 ,hüquqi şəxsdirsə 5 min manat cərimə oluna bilər

Yük avtomobilinin sürücüsü qaydaları kobud şəkildə pozur. O, təhlükəsizlik qaydalarına əməl etmədən yük daşıyaraq digər sürücülər üçün qəza şəraiti yaradır. Bu görüntünü Paytaxtın Babək prospektində hərəkətdə olan digər bir sürücü qeydə alaraq "XəzərXəbər”in vatcap nömrəsinə göndərib. Avtomobil hər dəfə yolda çala-çuxura düşdüyü zaman içərisində olan yükündə yola dağılma ehtimalı artır. 99-DX-092 dövlət qeydiyyat nömrəli avtomobilin yük yerində olan çənlərdə təhlükəli maddənin daşındığı isə məlum deyil.

Görüntülərlə tanış olan hüquqşunas Ərşad Hüseynov deyir ki, belə vəziyyətdə sürücü yükdaşıma qaydalarını pozub. Çünki "Yol hərəkəti haqqında" qanuna görə, belə avtomobilin yük yerinin qapıları bağlı olmalıdır. Avtomobildə yük elə yerləşdirilməlidir ki, onun yerə dağılma riski olmasın. Əgər həmin avtomobildə təhlükəli yük daşındığı məlum olarsa həmin sürücü fiziki şəxsdirsə 100 manat, fərdi sahibkardırsa 500 ,hüquqi şəxsdirsə 5 min manat miqdarında cərimə oluna bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh