Samirin "Tank"ı infraqırmızı görüntü sisteminə malik olacaq – FOTO

Avtodünya 29 Sentyabr 2017 19:15 Oxunub 2078
Samirin "Tank"ı infraqırmızı görüntü sisteminə malik olacaq – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Artıq amerikan şirkəti yeni ofroder üçün sifarişləri qəbul etməyə başlayıb

Rezvani Motors şirkəti özünün ikinci modeli olacaq "Tank" adlı ofroderin ikinci tizerini dərc edib. Model infraqırmızı gecə görüntü sistemi ilə təchiz ediləcək. Əlbəttə ki, əlavə ödənişlə. Xatırladaq ki, Rezvani Tank modelinin dizayneri həmyerlimiş samir Sadıxovdur. Amerikan şirkətindən bildirildiyinə görə, yeni ofroder «hərbi avtomobillərdən ilham alınaraq hazırlanmış bir nəqliyyat vasitəsidir».  Tizerlər avtomobilin eksteryerini tam göstərməsə də, ofroderin möhkəm ön bamperə, relyefli dama və maili arxa dam xəttinə malik olduğunu görürük. Digər tərəfdən güclü qanadları və yolsuzluq şinləri ilə təchiz edilmiş iri təkər disklərini də görmək mümkündür. Rezvani şirkəti avtomobilin texniki xüsusiyyətləri barədə məlumat verməsə də, ofroderin «dünyada ən güclü yolsuzluq imkanlarına malik olacağını» bildirmişdir. Bunlara misal olaraq ramanı, tam çəkiş sistemini və ekstremal şəraitlər üçün nəzərdə tutlmuş asqını göstərmək olar. Əlbəttə ki, iri klirensin mövcudluğu da məlumdur. Verilən məlumata görə, avtomobil müxtəlif variantlarda təklif ediləcək ki, bunların sırasında kevlardan hazırlanmış kuzov panelləri, yanacaq çəni və gülləkeçirməyən şüşələri olan model də mövcud olacaq. Rezvani nümayəndələrinin bildirdiyinə əsasən, belə avtomobil, sərnişinlərini avtomatla silahlanmış cinayətkarların hücumundan tam müdafiə etmək iqtidarındadır. Avtomobilin mühərrik çeşidinə iki güc areqatı daxil ediləcək. Onların xarakteristikaları açıqlanmasa da, mühərriklərin aşağı dövrələrdə yüksək fırlanma anına malik olduqları bildirilmişdir. Artıq amerikan şirkəti yeni ofroder üçün sifarişləri qəbul etməyə başlayıb. Onu əldə etmək istəyənlər 1000 ABŞ dolları beh ödəməlidirlər.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh