“Passenger Drone” uçan taksisinin sınaqları keçirildi - VİDEO

Texnologiya 29 Sentyabr 2017 17:30 Oxunub 1463
“Passenger Drone” uçan taksisinin sınaqları keçirildi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Drona saatda 50 km sürətlə təxminən yarım saat uçmağa imkan verir

“Passenger Drone” şirkəti Avropada sərnişin uçuş aparatının sınaqlarına başlayıb. Avtosfer.az “ICTnews”a istinadən xəbər verir ki, şirkət tərtibatçılarının sözlərinə görə, dron “Ehang 184” və “Volocopter” aparatları ilə rəqabət apara biləcək. Hazırda “Passenger Drone” aparatının uçuşunun tam təhlükəsiz olmaması səbəbindən birinci dəfə üçün sərnişin dronunun kabinəsində pilot əyləşib. O, aparatın aerodinamik imkanlarını qiymətləndirərək uçuşda onun əsas sistemlərini sınaqdan keçirib. Aparatın sonuncu versiyasında idarəetmə elementlərinin saxlanılması nəzərdə tutulur. Bu səbəbdən o, həm müstəqil, həm də pilotun idarəetməsi ilə uça biləcək. Bildirilir ki, aparatın kabinəsi vertolyot kabinəsinə çox oxşasa da, onlardan fərqli olaraq uçan taksi elektrik ötürücüsü ilə təchiz edilən 16 mühərrik vasitəsilə uçur. Bu, drona saatda 50 km sürətlə təxminən yarım saat uçmağa imkan verir. Mütəxəssislər qeyd edir ki, uçuşların məsafəsini artırmaq üçün daha tutumlu akkumulyatorlardan istifadə mümkün olsa da, aparatın kütləsi və qiymətinin arta biləcəyinə görə bunu etmək hazırda məqsədəuyğun hesab edilməyib. İlkin test mərhələsindən keçən uçan taksinin ilkin nümayişi növbəti ilin əvvəlinə planlaşdırılır. Qiymət və seriyalı istehsala başlama müddəti barədə məlumat verilmir. Qeyd edək ki, bir müddət əvvəl Dubayda da digər pilotsuz uçan taksinin sınaq uçuşu keçirilib. Almaniya konstruktorları tərəfindən ərsəyə gətirilən nəqliyyat vasitəsi prototipi sərnişinlərin avtonom rejimdə çatdırılmasını təmin edəcək. Havada 30 dəqiqə qalan aparatın maksimal sürəti saatda 100 km təşkil edir. Sərnişinlərin təhlükəsizliyinin təmini üçün pilotsuz uçan aparat paraşütlər və doqquz müstəqil akkumulyatorla təchiz ediləcək. Sərnişinin avtonom taksini mobil telefon proqramı vasitəsilə sifariş edə biləcəyi nəzərdə tutulur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh