"Alfa Romeo" rekordu yeniləyib - VİDEO

Yarışma 1 Oktyabr 2017 18:30 Oxunub 1391
"Alfa Romeo" rekordu yeniləyib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil «Şimal ilgəyini» 7 dəqiqə 51,7 saniyəyə qət edib

Alfa Romeo Stelvio Quadrifoglio «qaynar» krossoveri Nürburqrinqin krossoverlər üçün olan rekordunu yeniləyib. Avtomobil «Şimal ilgəyini» 7 dəqiqə 51,7 saniyəyə qət edib. Yeni rekord, 2015-ci ildə Porsche Cayenne Turbo S modeli tərəfindən qeydə alınan rekorddan yeddi saniyə qabaqlayıb. Rekord yürüşü zamanı krossoverin sükanı arxasında itaylan yarışçısı və  Pirelli şirkətinin test pilotu Fabio Françe olub.  Fabio həmçinin, keçən il «Şimal ilgəyində» rekord yürüşü edən Alfa Romeo Giulia Quadrifoglio sedanını da idarə edib. Alfa Romeo krossoverinin göstərdiyi zaman, Mercedes-AMG SL 65 Black Series, Jaguar XKR-S və Volvo S60 Polestar kimi modellərinin zamanı ilə müqayisə edilə bilər. Bununla belə, italyan krossoveri BMW M4, Lamborghini Gallardo və Porsche Panamera Turbo S modellərindən yeyin olub. Alfa Romeo Setlvio Quadrifoglio modifikasiyası 505 at qüvvəsi gücü olan 2,9-litrlik iki turbokompressorlu V6 mühərriki ilə hərəkətə gəlir. Ən “bərkgedən” Alfa Romeo Stelvio Quadrifoglio krossoveri  60 mil/saat (96 km/saat) sürətini 3,9 saniyəyə toplayır və 177 mil/saat (284 km/saat) maksimal sürətə malikdir. Güc aqreqatı ötürmələri 100 millisaniyəyə həyata keçirən səkkiz pilləli aavtomatik sürətlər qutusu ilə birgə çalışır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh