Bakıda evakuator qaydanı belə pozdu - VİDEO

Qaydalar 29 Sentyabr 2017 17:04 Oxunub 1893
Bakıda evakuator qaydanı belə pozdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həmin ərazidə saat 09:00-dan 18:00-a qədər maşınlara yolun kənarında dayanmağa icazə verilir

Bakının "Memar Əcəmi" metrostansiyası yaxınlığında evakuator yol hərəkəti qaydalarını pozub. Avtosfer.az baku.ws-yə istinadən xəbər verir ki, yolun kənarında dayanan maşını cərimə meydançasına aparmaq istəyən evakuatorun sürücüsü özü də qaydalara əməl etməyib. Belə ki, sayrışan işıqları qoşmayan evakuatorun sürücüsü yolun əks istiqamətində dayanaraq maşını yük hissəsinə qaldırmağa çalışır. Videonu göndərən sakinlər iddia edirlər ki, həmin ərazidə saat 09:00-dan 18:00-a qədər maşınlara yolun kənarında dayanmağa icazə verilir. Evakuator sürücüsünün bu hərəkəti yolda maşınların hərəkətinə də mane olur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh