Sərnişinlər yarıyolda avtobusdan düşürülür: Səbəb sizi ŞOK EDƏCƏK - VİDEO

Qaydalar 30 Sentyabr 2017 09:52 Oxunub 1455
Sərnişinlər yarıyolda avtobusdan düşürülür: Səbəb sizi ŞOK EDƏCƏK - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Belə hallarda məsuliyyət birbaşa sürücünün və daşıyıcı şirkətin üzərindədir

Marşrut avtobusu yol polisi tərəfindən saxlanılır, sərnişinlər yarıyolda avtobusdan düşürülür. Səbəb isə avtobusu idarə edən şəxsin sürücülük vəsiqəsinin olmamasıdır. Görüntülər Bakıda marşrut avtobuslarının birində qeydə alınıb. Sürücülük vəsiqəsi olmadığına görə yol polisi avtobus sürücüsün saxlayaraq sərnişinləri yarı yolda düşürürür. Sərnişinlərin əksəriyyəti narazılıq etsə də,yol polisinə haq verənlər də olur. Vətəndaşlaırın narazılığına səbəb isə onların yarı yolda qalması və dayanacaqdan kənarda düşürülməsidir. Bəziləri deyir ki, belə vəziyyətdə yol polisi özü avtobusu idarə etməli və son dayanacağa qədər gedərək sərnişinləri düşürməlidir. lakin yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov qanunvericilikdə belə bir şeyin nəzərdə tutulmadığını deyir.

Ekspertin sözlərinə görə, belə hallarda məsuliyyət birbaşa sürücünün və daşıyıcı şirkətin üzərindədir. Həmin sürücü ictimai nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə sərnişinləri daşıya bilməz və həbs edilməlidir.

Sürücülük vəsiqəsi olmadan xəttə avtobusu buraxan daşıycını isə 300 manatdan 3 min manata qədər cərimə gözləyir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh