Avtomobilə qırıcı təyyarə motoru qoydular - VİDEO

Texnologiya 1 Oktyabr 2017 14:11 Oxunub 1944
Avtomobilə qırıcı təyyarə motoru qoydular - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil aerportun 2.7 kilometrlik uçuş-enmə zolağında ilk yürüşə çıxmalıdır

Böyük Britaniyada səsdən iti sürətlə hərəkət edəcək "Bloodhound" avtomobilində reaktiv təyyarənin mühərrikinin sınaqları uğurla keçib. Bu avtomobil qırıcı təyyarə mühərriki ilə gələcək yarışlarda saatda 1600 kilometr sürətlə hərəkət etmlidir. Avtosfer.az virtualaz.org-a istinadən bildirir ki, sınaqlar Kornoull qraflığındakı aerportda keçirilib. Avtomobildə quraşdırılan "Rolls-Royce EJ200" reaktiv mühərriki dördüncü nəsil "Eurofighter Typhoon" qırıcılarında istifadə olunur. Mühərrik "Bloodhound" avtomobili üçün münasib sayılıb. Sonrakı sınaqlarda avtomobildə hava yığım sistemi, yanacaq və elektrik sistemləri sınaqdan keçiriləcək. Oktyabrın 26-da avtomobil aerportun 2.7 kilometrlik uçuş-enmə zolağında ilk yürüşə çıxmalıdır. Həmin sınaqda onun sürəti saatda 320 kilometr olacaq. Sınaqlardan sonra avtomobil Cənubi Afrikaya qurumuş gölüb dibində təşkil ediləcək avtomobil yarışlarına göndəriləcək. Avtomobilin 16 kilometr məsafəni cəmi 3.6 saniyə ərzində qət edəcəyi gözlənilir. Bu, dünya rekordu olacaq. İndiyə qədər avtomobildə qeydə alınmış ən yüksək sürət saatda 1228 kilometr olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh