Bu dəfə polis iti silaha “əl” atıb

Maraqlı 1 Oktyabr 2017 23:26 Oxunub 2302
Bu dəfə polis iti silaha “əl” atıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis iti cinayətkarı izləyən zaman tapançadan atəş açıb

Kanadada polis iti cinayətkarı izləyən zaman tapançadan atəş açıb. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə CTV News məlumat yayıb. İnsident Kalqari şəhəri yaxınlığında baş verib. Polis hücum baş verən mağazaya çağırışa gəlib. İki şübhəli hadisə yerindən qaçıb. Bu zaman polis iti şübhəlilərin izi ilə gedib. Dördayaqlı qanun keşikçisi kolluğa girib, bir qədər sonra oradan atəş səsi eşidilib. “Polis it kolların içində tapança aşkar edib. Tapançanı götürmək istəyən zaman atəş açılıb”,-deyə polisin yaydığı məlumatda bildirilir.

Hadisə zamanı heç kim xəsarət almayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh