Təcili yardım maşınında xəstə yox, ev quşları daşıdılar - VİDEO

Xəbərlər 2 Oktyabr 2017 00:04 Oxunub 2108
Təcili yardım maşınında xəstə yox, ev quşları daşıdılar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Quşlar heyvan bazarından maşına mindirilir və sifariş olunan yerə aparılır

Gədəbəy Mərkəzi rayon Xəstəxanasının təcili yardım şöbəsinin müdiri də məsələ ilə bağlı "Xəzər Xəbər"ə açıqlama verib. Avtosfer.az xəbər verir ki, çəkilən videogörüntü hər kəsin təəccübünə səbəb olub. Təcili yardım avtomobilinə hansısa xəstə yox, qaz mindirilir. Hadisə Gədəbəyin heyvan bazarında qeydə alınıb. Təcili yardım maşınına ev quşu olan qaz doldurulur. Kişi, qadın və iki uşağın köməkliyi ilə avtomobilə xeyli qaz yığılır. Mobil telefonla çəkilmiş görüntülər votsap nömrəmizə göndərilib.

Gədəbəy Mərkəzi rayon Xəstəxanasının təcili yardım şöbəsinin müdiri Məhəmməd Tagıyev məsəl ilə bağlı bildirib ki, belə hal ola bilməz. Həkim ehtimal edir ki, ola bilsin sürücü iş saatından sonra evə gedərkən bazardan 4-5 ədəd qaz alaraq evinə aparıb. Burada daha bir sual ortaya çıxır. Sürücü xidməti maşından şəxsi avtomobil kimi istifadə edə bilərmi? Şöbə müdiri bildirib ki, onlarda 13 maşın var və növbə ilə işləyirlər. Evə gedəndə işçiləri də o maşınlar aparır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh