Quba avtovağzalında kassalar işləmir - gediş haqqı isə bahadır - ŞİKAYƏT - VİDEO

Xəbərlər 2 Oktyabr 2017 23:27 Oxunub 2042
Quba avtovağzalında kassalar işləmir - gediş haqqı isə bahadır - ŞİKAYƏT - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobusa bilet almaq əvəzinə hər kəs gediş haqqını sürücüyə verir

Qubadan Bakıya gələn sərnişinlər avtovağzal rəhbərliyindən narazılıqlarını bildirirlər. Sərnişinlərdən biri iddia edir ki, Quba avtovağzalındakı kassalar sürücülər tərəfindən bağlanıb. Bu isə gediş haqqını süni qaldırmaq üçün edilib. Ona görə də avtobusa bilet almaq əvəzinə hər kəs gediş haqqını sürücüyə verir. Quba avtovağzalının növbə rəisi isə görüntülərdəki şəxsi tanımadığını söylədi. Onun sözlərinə görə, avtovağzalda bu marşrut üzrə belə bir sürücü işləmir: Quba avtovağzalında kassalarda biletlərin satılmadığı iddiası isə əsassızıdır".

Müşahidələrimiz isə tam əksini göstərdi. Sərnişinlər kassalardan heç vaxt bilet almadıqlarını, gediş haqqını sürücüyə ödədiklərini bildirdilər. Avtovağzal rəhbərliyi belə bir halın olmadığını, sərnişinlər isə əksini deyir.Qalır bu məsələnin müvafiq qurumlar tərəfindən araşdırlması.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh