Əksər sürücülər dairədə bu qaydanı tez-tez pozur - VİDEO

Qaydalar 3 Oktyabr 2017 02:09 Oxunub 3853
Əksər sürücülər dairədə bu qaydanı tez-tez pozur - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sağa dönmək istəyən sürücü əvvəlcədən dairənin ən sağ zolağına çıxmalıdır

Sentyabrın 25-də “Binə” Ticarət Mərkəzinin yaxınlığındakı dairəvi hərəkət təşkil olunmuş yolayrıcında sol zolaqla (dairənin mərkəzinə yaxın zolaqla) hərəkət edən 10-BG-076 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü qəfildən sağa dönərək sağ zolaqda gedən avtomobilə qəza şəraiti yaradıb. Avtosfer.az-ın məlumatına görə, belə hallara sürücülər tərəfindən tez-tez yol verilir. Lakin bu, tamamilə səhv hərəkətdir və qayda pozuntusudur. “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsinin VI hissəsində göstərilib ki, dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Yəni dairədən çıxıb sağa dönmək istəyən sürücü əvvəlcədən dairənin ən sağ zolağına çıxaraq hərəkət edib həmin sağ zolaqdan dairəni tərk etməlidir. Bu qaydanı pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsiylə 40 manat məbləğində cərimə oluna bilər.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh