Ana qəza törətdi, əri və qızı öldü - Şamaxıda

Qaydalar 3 Oktyabr 2017 13:24 Oxunub 2245
Ana qəza törətdi, əri və qızı öldü - Şamaxıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır

Daxili İşlər Nazirliyi oktyabrın 2-də Şamaxıda baş verən dəhşətli qəza ilə bağlı məlumat yayıb. Avtosfer.az xəbər verir ki, saat 9 radələrində Şamaxı rayonunun Sabir qəsəbəsi ərazisində Bakı şəhər sakini Gülnar Hüseynovanın və Ağsu rayon sakini İlqar İbrahimovun idarə etdikləri “Mercedes” markalı iki avtomobil toqquşub. Nəticədə G.Hüseynovanın sərnişinləri - əri Elman, qızı Nigar, habelə İ.İbrahimovun sərnişini - Ağsu rayon sakini Teymur Soltiyev hadisə yerində ölüblər, hər 2 sürücü və digər sərnişinləri xəstəxanaya yerləşdiriliblər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh