Yeni "Rolls-Royce" Exterion Concept limuzin - FOTO

Avtodünya 3 Oktyabr 2017 19:30 Oxunub 1393
Yeni "Rolls-Royce" Exterion Concept limuzin - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Drorniskinin fikrindcə gələcəkdə radiator artıq soyutma funksiyasını deyil, rəsm əsəri rolunu oynayacağını düşünür

Rolls-Royce Sweptail modelini cazibədah hesab edirsiniz? O zaman Cergey Dvornitskinin təklif etdiyi Exterion Concept konsepsiyası da sizi cəlb etməlidir. Dizayner Rolls-Royce markasının dizayn ənənlərindən istifadə edərək, yaxın gələcəkdə dəbdəbəli limuzinlərin dizaynı barədə öz görünüşünü nümayiş etdirib. Ola bilər ki, belə bir avtomobili illər sonra, misal üçün 2035-ci ildə, hətta Bakı küçələrində də görək. Azərbaycanlılar arasında zəngin və yaxşı zövqü olan şəxslərin olmasından heç də şübhə etmirəm. Rolls-Royce avtomobilinə baxdıqda, ilk nəzərə çarpan elementin hansı olduğunu söyləyə bilərsinizmi? Əlbəttə ki, iri möhtəşəm radiator barmaqlığı.

Lakin Drorniskinin fikrindcə gələcəkdə radiator artıq soyutma funksiyasını deyil, rəsm əsəri rolunu oynayacağını düşünür. Bundan başqa, aerodinamik element rolunu oynayan təkər qapaqlarını, qara rəngli təkər tağlarını da xüsusilə qeyd etmək olar. Radikal formalı işıqdiodlarından olan arxa fənərlər, uzadılmış arxa şüşə də avtomobilin yadda qalan elementlərindəndir. Arxa bamperin isə, dəbdəbəli yaxtaların göyərtəsi üslubunda tərtibatı, dizayner tərəfindən irəli sürülən daha bir maraqlı təklifdir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh