Sürücü "Azərsığorta"dan narazıdır - Dəymiş ziyanı ala bilmir - VİDEO

Xəbərlər 4 Oktyabr 2017 01:50 Oxunub 2323
Sürücü "Azərsığorta"dan narazıdır - Dəymiş ziyanı ala bilmir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ona 700 manat ziyan dəyib, şirkət isə 200 deyir

Qəzaya düşən sürücü sığorta şirkətindən dəymiş ziyanı ala bilmir. Avtosfer.az-ın məlumatına görə, hadisə Cəlilabad sakini Eldar Mirzəyevin başına gəlib. Sürücünün sözlərinə görə, yol-nəqliyyat hadisəsi avqust ayında paytaxtın Xəzər rayonu Binə qəsəbəsində baş verib. Sürücü Eldar Mirzəyev qəzadan sonra avtomobilini ustaya aparıb və ona dəymiş ziyanı hesabladıb. Zərərçəkmiş iddia edir ki, onun avtomobilinin 700 manat xərci var. O, məsələ ilə bağlı dəfələrlə hadisəni törədən sürücünün icbari sığorta şirkətinə müraciət etsə də, bildiriblər ki, onlar yalnız 200 manat verə bilərlər.

Məsələ ilə bağlı adı hallanan "Azərsığorta" şirkətindən bildirdilər ki, vətəndaşa dəymiş ziyanı şirkətin ekspertləri araşdırma apardıqdan sonra qiymətləndiriblər. Ola bilsin ki, həmin şəxs dəymiş ziyanı şişirdir. Əgər sürücü narazılıq edirsə, yenidən icbari sığorta şirkətinin baş ofisinə müraciət etməlidir. Bu halda qiymətləndirmə sürücünün öz iştrakı ilə həyata keçirilə bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh