Sürücü hansı halda qaydaları pozur? - DOĞRU CAVAB

Yarışma 4 Oktyabr 2017 21:46 Oxunub 1804
Sürücü hansı halda qaydaları pozur? - DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual yol nişanları və hərəkət sürəti ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Sürücü hansı halda qaydaları pozmayacaq?

a) Yolayrıcından sonra sol zolaqla 30 km/saat sürətlə hərəkət etdikdə;

b) Yolayrıcından sonra sağ zolağa keçərək 30 km/saat sürətlə hərəkət etdikdə;

c) Yolayrıcından sonra sol zolaqla 65 km/saat sürətlə hərəkət etdikdə.

Sualın doğru cavabı belədir: Şəkildə yaşayış məntəqəsindən keçən yolun sol hərəkət zolağında 4.7 nişanı vasitəsilə minimum sürət məhdudlaşdırılmışdır. “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin II hissəsinin 1-ci bəndinə uyğun olaraq, belə halda yolayrıcından sonra sol zolaqda icazə verilən hərəkət sürəti 40-60 km/saat arasında, sağ zolaqda isə 60 km/saat-adək (aşağı hədd məhdudlaşdırılmır) olacaq. Deməli, sualın doğru cavabı “B” variantı olacaq: Sürücü yolayrıcından sonra sağ zolağa keçərək 30 km/saat sürətlə hərəkət etdikdə qaydaları pozmayacaq.

Suala ilk doğru cavabı Gülbala adlı oxucumuz verib. Onu təbrik edirik.

Sualın sponsoru "Monza" avtomobil yağlarıdır. Qalib gəlmiş şəxsə "Monza" yağı 50 faiz endirimlə verilir. Qalib gəlmiş gəlmiş şəxs də nömrəyə zəng edərək hədiyyəsini əldə edə bilər. Tel: 050-648-83-13

Bu yağlarının fərqlilyi ondadır ki, həm də Almaniyanın daxili bazarında və Avropa bazarında özünə kifayət qədər yer edə bilib Buna görə də "QOMAS" avto olaraq, qürurla deyə bilirik ki, almanların öz avtomobilləri üçün istifadə etdiyi yağları Azərbaycanlılar üçün gətirdik!

Bu yağların orijinalığını yoxlamaq isə çox sadədir. Bunu üçün telefonunuzun kamerasını yağın qabının üzərində olan xüsusi ştrix-kodlu hissəyə tutmanız kifayətdir. Bu zaman birbaşa "MONZA" yağlarının saytı açılacaq və istənilən məlumatı buradan əldə edə biləcəksiniz.

Sualın digər sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanıb. Hədiyyə ilə bağlı daha ətraflı məlumat üçün 055 288 11 27 nömrəsinə zəng edin!

Avtosfer.az saytından 5 manatlıq danışıq kartını əldə etmək üçün 070 335 15 59-a zəng edə bilərsiz.

 

Avtosfer.azundefined

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Gulbaba 4 Oktyabr 2017 23:23
salam zehmet olmasa knt bu nomreye yukleyersiz 050-454-54-04 cox sagolun
Gulbaba 4 Oktyabr 2017 23:13
salam axsaminiz xeir olsun suala men dogru cvb yazmisam knt zehmet olmasa 050-454-54-04 nomresine yukleyerdiz cox sagolun minnetdaram