Azərbaycanda maşını sel belə apardı - REAL VİDEO

Xəbərlər 5 Oktyabr 2017 00:22 Oxunub 3263
Azərbaycanda maşını sel belə apardı - REAL VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobildə 5 nəfər olub, amma...

Hündür "Cip" maşını suyun altında qalıb və qaldırıcı kranla onu çıxarmağa çalışırlar. Ancaq cəhdlər uğursuz alınır. Avtosfer.az.az xəbər verir ki, söhbət Yardımlı rayonunun Deryavar kəndindən gedir. Kəndin içərisindən keçən yoldan gedən sel avtomobili öz ağuşuna alıb. Hadisə şahidlərinin sözlərinə görə, avtomobildə 5 nəfər olub. Kənd sakinlərinin köməyi ilə maşındakılar xilas edilsə də avtomobili sudan çıxarmaq hələ də mümkün olmayıb.

Sakinlərin sözlərinə görə, su gələn hissədə körpü olmadığı üçün avtomobillər sel gələn ərazi ilə hərəkət etməli olur. Avtomobil yola daxil olandan sonra qəflətən artan sel isə onun hərəkətini tamamilə saxlayıb və maşının aşmaq təhlükəsi yaranıb. Onu da qeyd edək ki, görüntü vətəndaşlar tərəfindən mobil telefonla çəkilərək votsap nömrəmizə göndərilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh