Alman tüner Mulsanne sedanını kupeyə çevirəcək - FOTO

Avtodünya 5 Oktyabr 2017 12:00 Oxunub 1694
Alman tüner Mulsanne sedanını kupeyə çevirəcək - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Belə dəyişikliyin neçəyə başa gələcəyi də açıqlanmayıb.

Alman Mcchip-DKR tüninq atelyesi kupe kuzovlu Bentley Mulsanne modelini hazırlamaq qərarına gəlib. Yeganə nüsxədə hazırlanacaq avtomobil üzərində aparılan işlərin fotoşəkilləri firmanın rəsmi saytında dərc edilib.

Alman tüner Mulsanne kupesi barədə heç bir məlumat təqdim etməyib. Təsvirlərdən göründüyü kimi, avtomobilin kuzovu üzərində ciddi işlər aparılıb: sedan yeni karbon tavana və qapılara malik olmuş, orta dayaq bir qədər geri çəkilərək xüsusi olaraq bu layihə üçün hazırlanmışdır. Avtomobilin arxa hissəsi də ciddi şəkildə dəyişikliyə məruz qalıb - sedan alüminiumdan hazırlanmış yeni arxa qanadları əldə edib. 

Tünerin ixtiyarında olan Bentley Mulsanne sedanı 512 at qüvvəsi və 1020 Nm fırlanma anı hasil edən səkkiz silindrli mühərrik və səkkiz diapazonlu avtomatik ötürmələr qutusu ilə təchiz edilibdir. Tüner mühərrikin gücünü 600 at qüvvəsinə, fırlanma anını isə 1200 Nm-ə qədər artırmaq niyyətindədir. Avtomobilin xüsusi sifarişlər hazırlandığı, yoxsa tünerin öz ideyası olduğu məlum deyildir. Belə dəyişikliyin neçəyə başa gələcəyi də açıqlanmayıb. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh