Bakıda avtomobillər ucuzlaşıb

Avtobazar 5 Oktyabr 2017 09:58 Oxunub 1690
Bakıda avtomobillər ucuzlaşıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Maşın bazarının aktiv iştirakçıları passiv iştirakçılara çevrilib”

Sentyabr ayı ərzində həm ənənəvi avtomobil bazarındakı satışda, həm də “online” avtomobil satışlarında aktivlik çox aşağı səviyyədə olub. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə əmlak üzrə ekspert Vaqif Hüseynov deyib. V.Hüseynov bildirib ki, hava şəraitinin kəskin dəyişməsi maşın bazarına da təsirsiz ötüşməyb: “Maşın bazarının aktiv iştirakçıları passiv iştirakçılara çevrilib”. Ekspert bildirib ki, satış qiyməti 20 min manata qədər olan işlənmiş avtomobillərdə qiymətlər təqribən 8-10 % aşağı düşüb, bahalı avtomobillərin qiymətində isə elə də dəyişiklik olmayıb. 

V.Hüseynov vurğulayıb ki, adətən sentyabr ayından maşın bazarında aktivləşmə hiss olunurdu və bu, noyabrın sonuna qədər davam edirdi: “Dekabr ayında bayramlarla əlaqdər aktivlik aşağı düşürdü, yanvarın ortalarından sonra aktivlik yenidən artırdı. Ancaq bu il sentyabr ayında aktivlik artmadı”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh